İnstitut əməkdaşlarının layihələri SOCAR-ın Elm Fondunun 2019-cu il üçün qrant müsabiqəsinin qalibi olub Avqust 30, 2019 | 12:50 / Mühüm hadisələr

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə 2019-cu il üçün növbəti qrant müsabiqəsi elan edib.

Müsabiqəyə 113 layihə təqdim olunub. Təqdim olunan layihələrin ekspertizası məqsədilə yeni tərkibdə Müsabiqə Komissiyası yaradılıb və Elm Fondunun Əsasnaməsinə uyğun olaraq layihələrin ekspertizası təşkil edilib.

Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 24 iyul 2019-cu il tarixli qərarı ilə 26 elmi tədqiqat (ET), 1 xüsusi (XL) və 3 həvəsləndirici mükafat (HM) olmaqla 30 qrant layihəsi müsabiqənin qalibi elan olunub.

Qalib olan fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri arasında İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin təqdim etdiyi “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və toplanmış məlumatların intellektual analizi texnologiyalarının işlənilməsi” və 2 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin “NG-AI4Oil: Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” adlı layihəsi də var. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı