Bakıda keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün 600-dən çox şagird, müəllim və ekspert qeydiyyatdan keçib Avqust 05, 2019 | 01:00 / Mühüm hadisələr

31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.

Bu məlumat avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransında səsləndirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin 31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı təqdimatı dinlənilib.

Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov bildirib ki, bu olimpiadanın Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biridir. Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayının artdığını, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb.

ADA Universitetinin rektoru, “IOI 2019”un fəxri həmsədri Hafiz Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib.

Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru “Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb.

Jurnalistlərin diqqətinə çatdırılıb ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Hər bir iştirakçı ölkə yarışda 4 nəfərlik komanda üzvü, həmçinin bir komanda lideri və onun müavini ilə təmsil olunur. Müsabiqə iki gün davam edir. Bu müddət ərzində iştirakçılar alqoritmik problemlərin həllinə fərdi şəkildə yanaşırlar. Hər gün iştirakçılara beş saat ərzində həll etməli olduqları üç tapşırıq verilir.

31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra Acer şirkəti 450 ədəd Aspire notbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək. ADA Universiteti onlardan İT və Mühəndislik Məktəbində iki yeni laboratoriyanı təchiz etmək üçün istifadə edəcək. Təhsil Nazirliyi isə Azərbaycan məktəblərində informatika fənnini tədris etmək üçün “Rəqəmsal bacarıqlar” pilot layihəsini dəstəkləyəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı