İnternetin yaranmasının 50-ci ildönümü münasibətilə “National Geographic” sənədli film hazırlayıb İyul 26, 2019 | 12:11 /

Məlum olduğu kimi, cari ildə İnternetin yaranmasının 50-ci ildönümü qeyd olunur. Bu məqsədlə “National Geographic” tərəfindən İnternetin keçmişindən bu gününədək tarixini əhatə edən “Inside the Internet. 50 years of life online” adlı sənədli film hazırlanıb.

Sənədli filmdə İnternetin hər şeyi – insanlar arasında dostluq əlaqələrini, vərdişləri, hətta düşüncə tərzini dəyişdirdiyi haqqında məlumat verilir. Filmdə İnternetin yaranma tarixi, ilk hesablama maşınları, elektron poçt, “dial-up” modemlərin yaranması, İnternet vasitəsilə ilk canlı yayım, “Dot-com” (.com) partlayışı, “Nasdaq” gündəlik onlayn birja bazarı, “Google”, “Buzzfeed”, “Youtube” şirkətlərinin yaranması, “Friendster” “My space” kimi çat proqramları, “Facebook”, “Pinterest” “Instagram” və “Twitter” sosial şəbəkələrinin, “Bumble” və “Tinder” tanışlıq saytlarının populyarlaşması, audio faylların paylaşılması üçün onlayn xidmət olan “Napster”in üstünlükləri və mənfi cəhətləri yer alıb.  

Həmçinin ABŞ-ın media xidmətləri provayderi “Netflix” şirkəti, onlayn mühitdə media fəaliyyəti, İnternetin doğurduğu fəsadlar və kiberhücumlar, o cümlədən nanotexnologiyaların gələcəyi barədə məlumat verilir. Bununla yanaşı, dünyanın nüfuzlu texnoloji şirkətlərinin nümayəndələri, musiqi istehsalçıları, müğənnilər, jurnalist və aparıcıların İnternetin müsbət təsirləri ilə bağlı müsahibələri öz əksini tapıb.

Sənədli filmin tam versiyasını buradan izləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı