Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası işə başlayıb İyul 23, 2019 | 03:04 / Mühüm hadisələr

4-11 avqust 2019-cu il tarixlərində Azərbaycanda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) Praktiki sessiyası işə başlayıb. Praktiki sessiyaya giriş üçün yarışma iştirakçılarına və komanda rəhbərlərinə elektron məktub göndərilib. Olimpiada iştirakçıları practice.ioi2019.az saytında praktiki tapşırıqları həll edərək təcrübə toplaya bilərlər. Praktiki sessiya avqustun 4-dək istifadəçilər üçün açıq olacaq.

Bununla yanaşı, qısa zamanda canlı reytinq cədvəli də təqdim olunacaq. Bu qiymətləndirmə sistemi “IOI 2019” zamanı istifadə ediləcək. Buna görə də, bütün iştirakçılar mövcud praktiki məsələləri bu sistem vasitəsilə həll etməlidir.

Müsabiqə haqqında ətraflı məlumatı “IOI 2019”un rəsmi veb-saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz bu olimpiadadan bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

ioinformatics.org

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı