AzScienceNet şəbəkəsində İnternet xidmətinin verilməsində yaranan fasilə ilə bağlı açıqlama İyul 12, 2019 | 04:58 / Mühüm hadisələr

12 iyul 2019-cu il tarixində saat 02:13 radələrində qlobal İnternet provayderlərindən olan Level3 və GEANT təşkilatının qoşulma nöqtələrində bu təşkilatların əməkdaşları tərəfindən aparılan quraşdırma işləri nəticəsində AzScienceNet şəbəkəsinin GEANT təşkilatından gələn xəttində qırılma baş verib. Bunun nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra qurumlarına, o cümlədən AMEA Rəyasət Heyətinin inzibati binasına İnternet xidmətinin verilməsində fasilə yaranıb. Gecə saatlarında yaranan problem AzScienceNet şəbəkəsinin əməkdaşları tərəfindən dərhal aşkarlanıb və aidiyyatı təşkilatlar məsələdən xəbərdar edilib. Yaranan nasazlıq elə həmin tarixdə saat 12:06 radələrində aradan qaldırılıb.

Xatırladaq ki, GEANT Avropanın Elm və Təhsil institutları arasında olan şəbəkənin qurucusu və həm də yeganə operatoru rolunu yerinə yetirən təşkilatdır. Bu təşkilat 10 mindən çox quruma və 50 milyondan çox istifadəçiyə xidmət göstərir. Level3 isə 5 ən böyük qlobal telekommunikasiya şirkətlərindən biri olan “Century Link” şirkətinin İnternet xidmətini həyata keçirən qoludur.

AzScienceNet şəbəkəsinin administrasiyası

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı