Bu gün proqramçıların peşə bayramıdır

13 Sentyabr 2014 - 09:48 | Maraqlı məlumatlar
Bu gün proqramçıların peşə bayramıdır

13 sentyabr peşəkar fəaliyyətini proqramlaşdırma sahəsi ilə bağlayan proqramçıların bayramıdır. Bu qeyri-rəsmi bayram ilin 256-cı günündə (2 qüvvət üstü 8 ədədinin şərəfinə) qeyd edilir. 

Qeyd edək ki, hələ 2009-cu ildə Rusiyanın prezidenti Dmitriy Medvedev Proqramçılar gününün peşə bayramı kimi təsdiq olunması haqda fərman imzalamışdır. 

“Proqramlaşdırma” dedikdə insanların təsəvvüründə ilk növbədə fərdi komyuter canlanır. Lakin bu, heç də belə deyil. Hər bir elektron qurğunun ərsəyə gəlməsində (distansion idarəetmə pultundan tutmuş proqramla idarə olunan mürəkkəb sənaye dəzgahlarına qədər) proqramlaşdırma üzrə mütəxəssislərin böyük zəhməti vardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.