Qlobal elektron tullantılar probleminin həllinə dəstək üçün globalewaste.org portalı istifadəyə verilib İyun 14, 2019 | 10:34 / Mühüm hadisələr

Elektron tullantılar üzrə müqayisə edilə bilən milli məlumatlar elektron tullantılar üzrə qlobal qanunvericiliyin hazırlanmasının gedişatına nəzarət olunmasına və utilizasiya sahəsində hədəflərə nail olunmasına dəstək verir.

Həmtəsisçilərindən biri Beynəlxalq Telekommunikasiya İttifaqı  (BTİ) olan elektron tullantılar haqqında statistik məlumatlar üzrə Qlobal Əməkdaşlıq qlobal elektron tullantılar probleminin həllinə dəstək məqsədilə açıq mənbə kodlu globalewaste.org portalını istifadəyə verib. Bu saytda elektron tullantılar üzrə bütün dünyanı əhatə edən, həmçinin regionlar və ölkələr üzrə, o cümlədən direktiv orqanlar, akademik təşkilatlar və geniş ictimaiyyət üçün nəzərdə tutulmuş məlumatlar və statistik göstəricilər vizual olaraq əks olunur.

İstifadəyə yararsız avadanlıqlar (telefonlar, portativ kompüterlər, soyuducular, tənzimləyicilər, televizorlar və s.) elektron tullantılar hesab olunur. Elektron tullantılarda ətraf mühitə və insanların sağlamlığına böyük təhlükə törədən maddələr mövcud olur. Digər tərəfdən, elektron tullantılar uyğun metodlarla utilizasiya edilərsə ildə 62,5 milyard dollardan çox dəyərə malik perspektivlər açır. Bu sahə dünyada milyonlarla yeni iş yerinin yaradılması potensialına malikdir.

globalewaste.org portalında istifadəçilər dünya ölkələrinin əksəriyyəti üzrə elektron tullantıların Qlobal və Regional monitorinqindən elektron tullantılar üzrə məlumatlara giriş əldə edə bilərlər. Həmin məlumatlara bütovlükdə və adambaşına istehsal edilən və təkrar istifadəyə, emala və ya ixraca qədər sıradan çıxmış elektron tullantıların həcmi, bütovlükdə və adambaşına rəsmi olaraq toplanan və elektron tullantılar üçün xüsusi olaraq nəzərdə tutulmuş ətraf mühitin qorunması haqqında qanunlarla nizamlanan elektron tullantıların həcmi və ölkələr üzrə elektron tullantılara dair qanunvericilik daxildir.

“Elektron tullantılar üzrə etibarlı və rəsmi məlumatlar, o cümlədən statistik göstəricilər elektron tullantılar üzrə qanunvericiliyin əsasını təşkil edir və onların milli səviyyədə idarəolunmasını təmin edir”, – deyə BTİ-nin Baş katibi Xoulin Jao bildirib. Hazırda 41 ölkə elektron tullantılar üzrə müqayisə edilə bilən milli statistik məlumatlar təqdim edir. Elektron tullantılar haqqında daha ətraflı məlumat BTİ-yə üzv dövlətlər tərəfindən 2023-cü ilədək nəzərdə tutulan elektron tullantılar üzrə BTİ-nin qlobal hədəf göstəricilərinin nailiyyətlərinin gedişatına nəzarət olunmasına kömək edəcək.

BTİ dövlət və özəl strukturların daxil olduğu geniş üzvlük tərkibinə malik olmaqla elektron tullantılar haqqında statistik məlumatlar üzrə Qlobal Əməkdaşlığın üzvüdür. Yeni portal elektron tullantılar probleminin həllində əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verir. Qeyd edək ki, elektron tullantılar haqqında statistik məlumatlar üzrə Qlobal Əməkdaşlığa BTİ, Birləşmiş Millətlər Universiteti (UOON) və Bərk Məişət Tullantıları üzrə Beynəlxalq Assosiasiya (MATO) daxildir.

Birləşmiş Millətlər Təşkilatının birinci katibinin müavini, Birləşmiş Millətlər Universitetinin rektoru Devid Malonenin sözlərinə görə, rəhbərlik etdiyi universitetin elektron tullantılarla davranış üzrə dayanıqlı metodlara dair tədqiqat və informasiya-təbliğat fəaliyyəti bu məsələləri qlobal siyasi gündəmə gətirməyə kömək edir. “Elektron tullantılar sahəsində innovativ siyasət istiqamətlərinin hazırlanması, tullantıların həcminin azaldılması üçün hədəf göstəricilərinin müəyyən olunması və onlara riayət edilməsinə nəzarət olunması, əlaqədar tərəflərin iştirakı ilə yeni əməkdaşlıqların formalaşdırılması zəruridir. Ümid edirik ki, elektron tullantılar haqqında statistik məlumatlar üzrə Qlobal Əməkdaşlıq və yeni interaktiv onlayn platforma zəruri addımları dəstəkləyəcək”.

Bərk Məişət Tullantıları üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Antonis Mavropulos qeyd edib: “Assosiasiya elektron tullantılar haqqında statistik məlumatlar üzrə Qlobal Əməkdaşlığın dəyərinin artırılması və inkişafı üçün yeni globalewaste.org portalını növbəti addım kimi yüksək qiymətləndirir. Ümid edirik ki, bu yeni təşəbbüs elektron tullantılar probleminin həlli üzrə görülən tədbirlərin gələcəkdə stimullaşdırılmasına, İT sahəsində dövr edən iqtisadiyyatın yaradılması üçün utilizasiya sahəsi üzrə siyasətin və fəaliyyətin oriyentasiya olunmasına xidmət edəcək”. 

O, əlavə edib: “Bizim elektron tullantıları rasional idarə etməni təmin etmək qabiliyyətimiz bizim tullantıların yeni axınlarına olan münasibətimizin göstəricisidir; buna görə də biz hesab edirik ki, elektron tullantılar haqqında statistik məlumatlar üzrə Qlobal Əməkdaşlıq digər iqtisadiyyat sektorları üçün nümunə rolunu oynayır”.

Son qiymətləndirmələrə görə, dünyada hər il təxminən 50 milyon ton elektron tullantı sıradan çıxır ki, bu da çəkisinə görə indiyə qədər istiehsal olunmuş bütün avialaynerlərin çəkisini ötür. Bu tullantıların yalnız 20%-i rəsmi olaraq yenidən işlənir.

globalewaste.org portalında qeyd olunur ki, elektron tullantılar haqqında statistik məlumatlar üzrə Qlobal Əməkdaşlığın fəaliyyəti sayəsində ölkələrə müvafiq məlumatların toplanıb təkmilləşdirilməsində dəstək oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı