Amerika universitetlərində kriptovalyutaların öyrənilməsi üzrə kurslar keçirilir

11 Sentyabr 2014 - 09:50 | Maraqlı məlumatlar
Amerika universitetlərində kriptovalyutaların öyrənilməsi üzrə kurslar keçirilir

Bir sıra ölkələr Bitcoin-dən istifadəni qadağan etdiyi və məhdudiyyətlər qoyduğu halda, digərləri kriptovalyutaların imkanlarını nəzərdən keçirir və araşdırır. Builki tədris ilində Nyu-York və Dyuka universitetləri öz proqramlarına Bitcoin-in və digər kriptovalyutaların öyrənilməsi üzrə kursların keçirilməsini daxil ediblər. Hər iki təhsil müəssisəsi ABŞ-ın ən yaxşı universitetləri onluğunda birinci və ikinci yerləri tuturlar.

hitech.newsru.com kurslara Bitcoin şəbəkəsi fəaliyyətinin texniki əsasları, sistemin fəaliyyəti ilə bağlı hüquqi və iqtisadi məsələlər, Bitcoin-in tarixi, onun ənənəvi pullarla müqayisədə üstünlükləri və çatışmazlıqları, həmçinin digər qeyri-dövlət ödəmə və pul sistemlərinin qısa xülasəsi daxil edilib.

Hər iki universitetin müəllimləri qeyd ediblər ki, kurs proqramının tərtibi zamanı ən ciddi problemlərdən biri kriptovalyutalara həsr edilmiş nüfuzlu elmi məqalələrin olmaması olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.