Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib May 21, 2019 | 12:00 / Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.

AZƏRTAC-ın verdiyi məlumata əsasən, qəbula görə minnətdarlığını bildirən Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını deyib. Aleksandr Sergeyev ölkəmizə səfərinin əsas məqsədinin elmlər akademiyaları arasında uzun illər həyata keçirilən birgə səmərəli əməkdaşlığın yenidən bərpa edilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısı elm sahəsində əvvəllər mövcud olan ənənəvi əlaqələrin hazırkı dövrdə və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün zəmin yaratdığını bildirib. Rusiya elminin son illər əldə etdiyi nailiyyətlərə toxunan dövlətimizin başçısı ölkələrimizin gələcək elmi əməkdaşlığı üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının elm sahəsində də əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaratdığını deyib.

Dövlətimizin başçısı Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin Azərbaycana səfərinin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafı və bu sahədə konkret addımların atılması işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı