9 sentyabr – proqram təminatını sınaqdan keçirənlərin günüdür

09 Sentyabr 2014 - 12:22 | Maraqlı məlumatlar
9 sentyabr – proqram təminatını sınaqdan keçirənlərin günüdür

9 sentyabr – proqram təminatını sınaqdan keçirənlərin peşə bayramıdır. 1945-ci il sentyabrın 9-da Harvard Universitetinin alimləri Mark II Aiken Relay Calculator hesablama maşınını sınaqdan keçirərkən elektromexanika relesinin kontaktları arasında ilişmiş kəpənək aşkar etdilər.

Beləliklə, debugging (debaqqinq – həşəratdan qurtulma) ifadəsi ortaya çıxdı. Hazırda baqların (bug) üzə çıxardılması və aradan qaldırılması prosesi –  kompüterin işindəki nasazlığın səbəbi belə adlanır.

"Proqram təminatını sınaqdan keçirən" dedikdə, informasiya sistemi və ya proqram məhsulunun keyfiyyətinə nəzarət edən mütəxəssis başa düşülür.

Bu peşə proqram təminatını kompüterə yükləmə prinsipləri və proqram komplekslərinin strukturu haqqında anlayışlı olmağı, həmçinin proqram təminatının hazırlanması üzrə təcrübi biliklərə malik olmağı tələb edir. Bu şəxs, həm də məlumat bazalarıyla iş sahəsində bacarıqlı olmalı, SQL sorğularının dilini anlamalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.