17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür May 16, 2019 | 02:01 / Mühüm hadisələr

Məlumdur ki, hər il 17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilir.

Beləliklə, BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edir və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

“Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nün əsas məqsədi İnternetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmsal fərqin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Cari ildə 50 illiyi qeyd olunan Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “Standartlaşdırmada boşluqların aradan qaldırılması” mövzusuna həsr edilib. 

BTİ-nin bəyanatında bildirilir ki, beynəlxalq standartların hazırlanması BMT-nin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşdırılmış müəssisəsi kimi BTİ-nin prinsipial əsaslarından biridir. BTİ-nin standartları İKT vasitələri ilə davamlı inkişaf sahəsində hədəflərə nail olunmasını sürətləndirməyə kömək edir.

BTİ-nin 2019-cu il üçün müəyyən olunmuş mövzusu bu qurumun üzvlərinə və digər əlaqədar tərəflərə aşağıdakı perspektivlərə istiqamətlənməyə imkan verəcək:

– BTİ-nin standartlarının işlənilməsi prosesində inkişaf etməkdə olan ölkələrin iştirakının təmin olunması;

– milli, regional və beynəlxalq səviyyələrdə standartlaşdırma prosesində yerli ekspertlərin hüquq və imkanlarının genişləndirilməsi;

– inkişaf etməkdə olan ölkələrdə beynəlxalq standartların tətbiqinə dair birgə əməkdaşlıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı