Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur Aprel 16, 2019 | 04:08 / Mühüm hadisələr

Bu gün Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqı və AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “İntellektual nəqliyyat sistemi” adlı ikigünlük praktiki seminar işə başlayıb.

Seminarda MDB ölkələrinin mərkəzi icra hakimiyyəti və tənzimləyici orqanları, telekommunikasiya operatorları, avadanlıq və proqram təminatı istehsalçıları, eləcə də digər əlaqədar təşkilatların nümayəndələri iştirak edirlər.

Nazirlikdən verilən məlumata görə, tədbirin təşkilində məqsəd intellektual nəqliyyat sisteminin inkişafı problemlərini müzakirə etmək, sahə üzrə müasir tendensiyaları müəyyənləşdirmək, iştirakçı ölkələrlə Azərbaycan təcrübəsini bölüşərək əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Seminar çərçivəsində 4 sessiya və 1 “dəyirmi masa”nın təşkili nəzərdə tutulub.

Seminarın ilk günü “İntellektual nəqliyyat sistemində strateji aspektlər”, “Beynəlxalq əməkdaşlıq və beynəlxalq nəqliyyat sisteminin inkişafı üçün İKT-nin uğurlu istifadəsi” sessiyaları keçirilib.

Qazaxıstanın Mühəndislik və İqtisadiyyat Universiteti, Qlobal İnformasiya Məkanı İnstitutu, Ukrayna Şəbəkə İnformasiya Mərkəzi, ABŞ-ın “Intel” korporasiyası və  “Nokia” şirkətinin nümayəndələri məruzələrlə çıxış ediblər.

Aprelin 17-də seminar öz işini “İntellektual nəqliyyat sistemində texniki məsələlər” və “Normativ-hüquqi suallar” sessiyaları ilə davam etdirəcək.

Sessiyalarda müvafiq olaraq intellektual ictimai nəqliyyat sisteminin strateji inkişafında dövlətin rolu, sahə standartları, yeni nəsil intellektual sistemlər və onların inkişafında beynəlxalq tendensiyalar müzakirə olunur. Eyni zamanda, intellektual nəqliyyat sisteminin inkişafı üçün üzv dövlətlərin İKT-dən istifadə təcrübəsi, eləcə də ödəmə sistemlərinin quruluşu, ictimai nəqliyyatın idarəetməsi üçün innovativ texnoloji məsələlər ətrafında fikir mübadiləsi aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı