Kompüter bazarında yeni lider

15 Aprel 2019 - 10:04 | Maraqlı məlumatlar
Kompüter bazarında yeni lider

“Gartner” şirkətinin məlumatına görə, “HP Inc.” şirkətini geridə qoymuş “Lenovo” fərdi kompüter bazarında birinci pillənin sahibi olub.

Analitik şirkətin qiymətləndirməsinə əsasən, 2019-cu ilin birinci rübündə “Lenovo” şirkəti 13,2 milyon masaüstü fərdi kompüter və noutbuk tədarük edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% daha çoxdur. Çin şirkətinin bazar payı 22,5% təşkil edib. “HP Inc.” şirkətində isə, bu göstərici 21.9% təşkil edir.

dailycomm.ru saytının məlumatına görə, “HP Inc.” şirkəti masaüstü kompüter satışının artması nəticəsində kompüter tədarükünü 0.8% artırıb.

Dünyanın ən böyük fərdi kompüter istehsalçıları siyahısında üçüncü yerdə qərarlaşmış “Dell” şirkəti 5 rüb ardıcıl olaraq bu qurğuların satış həcmini artırır. 2019-cu ilin yanvar-mart aylarında artım 1,5% təşkil edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.