“Google”un yeni laboratoriyası maşın təlimini inkişaf etdirir

02 Aprel 2019 - 17:09 | Maraqlı məlumatlar
“Google”un yeni laboratoriyası maşın təlimini inkişaf etdirir

“Google” korporasiyası maşın təliminin inkişafına yönəlmiş, robot texnikası üzrə yeni laboratoriya açıb. Bu yolla şirkət cəmiyyətə xeyir gətirəcək müxtəlif robotlar yaratmağı planlaşdırır. Məsələn, “Google” komandası “TossingBot” manipulyatorunu yaratmaq üçün Massaçusets Texnologiya İnstitutu, Prinston və Kolumbiya universitetlərinin tədqiqatçıları ilə birgə fəaliyyətə başlayıb. Robot müxtəlif predmetləri müstəqil şəkildə seçir və onları müəyyən konteynerlərə atır.

İstehsalçıların sözlərinə görə, robotu obyektlərin düzgün tutulması və atılması üçün proqramlaşdırmaq olduqca çətindir. Buna görə də manipulyator maşın təlimi texnologiyası sayəsində məşq edir.

robo-hunter.com saytının məlumatında bildirilir ki, “TossingBot”a müəyyən predmeti tutmağı və onu lazımi konteynerə atmağı öyrənmək üçün 14 saat lazım olub. Onun cəhdləri 85 faiz hallarda müvəffəqiyyətli olub. İstehsalçılar qeyd edirlər ki, belə robotlar anbarlarda, “Amazon” və ya “UPS” kimi paylanma mərkəzlərində işləyə biləcəklər. Həmçinin laboratoriyada maşın təlimi texnologiyasının köməyilə tanış olmayan sahələrdə hərəkət edə biləcək robotun yaradılması üzərində çalışırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.