İnstitutun şöbə müdiri elmi ekspertiza fəaliyyətinə görə sertifikatlara layiq görülüb Mart 29, 2019 | 12:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə “Swarm And Evolutionary Computation”“Information Processing & Management” jurnallarının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan hər iki jurnal “Web of Science” elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnallardır. Belə ki, “Swarm and Evolutionary Computation” jurnalının cari ildə impakt faktoru 3.818-ə, 5 illik impakt faktoru isə 4.607-ə bərabərdir. “Information Processing & Management” jurnalının impakt faktoru isə cari ildə 3.444-ə, 5 illik faktoru isə 2.641-ə bərabərdir. “Clarivate Analytics” şirkətinin hazırladığı “Journal Citation Reports” hesabatına görə, bu jurnalların hər ikisi ən yüksək Q1 sinfinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı