“Süni intellektin xaç ataları” Türinq mükafatına layiq görülüblər

28 Mart 2019 - 11:00 | Maraqlı məlumatlar
“Süni intellektin xaç ataları” Türinq mükafatına layiq görülüblər

2018-ci ilin nəticələrinə görə, süni intellektin hazırkı bumunun əsasını qoyan üç alim “İnformatika sahəsində Nobel mükafatı” kimi tanınan Türinq mükafatı ilə təltif ediliblər.

“Süni intellektin xaç ataları” adlandırılan Yoşua Bendjio, Ceffri Hinton və Yan Lekun süni intellekt sahəsində dərin təlimi inkişaf etdirdiklərinə görə, 1 milyon dollarla mükafatlandırılıblar.

theverge-com.cdn.ampproject.org saytının məlumatına əsasən, 1990 və 2000-ci illərdə bu üçlüyün hazırladığı metod kompüter görməsi və nitqin tanınması kimi məsələlərdə böyük sıçrayış əldə etməyə imkan verib. Onların işinin əsasını  özü idarə olunan avtomobillər və avtomatlaşdırılmış tibbi diaqnostika kimi müasir süni intellekt texnologiyaları təşkil edir.

Hazırda hər kəs sözügedən alimlərin yaratdığı alqoritmlərdən olan telefonu blokdan çıxaran sifətin tanınması sistemləri, eləcə də mesaj və elektron məktubları yazmağa kömək edən dil süni intellekti ilə qarşılıqlı əlaqədədir.

Bu üç alim süni intellekt üzrə tədqiqat ekosistemində mühüm yer tutur. Hazırda C.Hinton “Google”da və Toronto Universitetində fəaliyyət göstərir. Y.Bendjio Monreal Universitetinin professoru və “Element AI” şirkətinin yaradıcısı, Y.Lekun isə “Facebook”da süni intellekt üzrə əsas mütəxəssis, eləcə də Nyu-York Universitetinin professorudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.