Kitabları kitabxanaya qaytarmağa kömək edən robot

18 Mart 2019 - 11:00 | Maraqlı məlumatlar
Kitabları kitabxanaya qaytarmağa kömək edən robot

“Google Area 120”nin təcrübə bölməsi “BookBot” robotunu təqdim edib. Robot Kaliforniyanın Mauntin Vyu şəhəri sakinlərinə kitabları kitabxanaya vaxtında qaytarmağa kömək edəcək. 

İstehsalçıların sözlərinə görə, pilot layihə küçədə robotun rastlaşa biləcəyi çətinlikləri göstərəcək və şəhər kitabxanasından müəyyən məsafədə şəhəri gəzərək kitabları yığacaq. “BookBot” yalnız cümə axşamı səhər 11-dən axşam 8-ə qədər işləyir. O, bir dəfə üçün on kitab apara bilmək qabiliyyətinə malikdir.

robo-hunter.com saytının məlumatına əsasən, layihə doqquz ay ərzində yoxlanılacaq və ilk altı robotu insan müşayiət edəcək. O, “BookBotun” işinə, insanların reaksiyasına nəzarət edəcək, müxtəlif çətin vəziyyətlərdə ona kömək edəcək.

Şəhər kitabxanasının direktoru ümid edir ki, robot hərəkət məhdudiyyəti olan insanlara kitabları vaxtında qaytarması və kitabxana xidmətlərindən istifadə etməsi üçün yararlı vasitə olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.