İnsanın səsini dəyişən və dublyaj edən neyron şəbəkə

05 Mart 2019 - 12:00 | Maraqlı məlumatlar
İnsanın səsini dəyişən və dublyaj edən neyron şəbəkə

ABŞ alimlər real zamanda insanın səsini dublyaj edən və dəyişə bilən neyron şəbəkə yaradıblar. Modulate.ai startapı Barak Obamanın süni intellekt tərəfindən modelləşdirilmiş səsindən reklam məqsədi ilə istifadə edib.

Yeni texnologiyanı “MIT Technology Review” jurnalının müxbiri Uill Nayt sınayıb. O öz səsinin qadın versiyasının necə səsləndiyini dinləməyi qərara alıb.

Müşahidəçi işin başlanğıcında neyron şəbəkədə yaradılmış səsin titrədiyini qeyd edib. Ünsiyyət davam etdikcə səslənmədə insan səsinə daha çox bənzərlik yaranıb.

robo-hunter.com saytının məlumatına əsasən, proqram səs siqnalının səsli xüsusiyyətlərinin modelləşdirilməsi üçün GAN (Generative Adversarial Networks) şəbəkəsindən istifadə edib.

O, oyunçuların mikrofon vasitəsilə yad insanlarla ünsiyyət qurduqları “Fornite” və “Call of Duty” kimi onlayn oyunlar üçün nəzərdə tutulub.

İstehsalçıların fikrincə, süni intellektin tətbiqi oyun prosesini yaxşılaşdırır, eləcə də öz səsindən istifadə etmək istəməyən oyunçuların anonim qalmasına imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.