İlk kosmik günəş elektrik stansiyası tikiləcək

20 Fervral 2019 - 11:20 | Maraqlı məlumatlar
İlk kosmik günəş elektrik stansiyası tikiləcək

2025-ci ildə Çin ilk sınaq günəş elektrik stansiyasını Yer kürəsinin orbitinə çıxarmağı planlaşdırır.

hightech.fm saytının məlumatına əsasən, toplanmış günəş enerjisi mikrodalğalı və ya lazer şüası vasitəsilə Yer kürəsinə ötürüləcək. Aparat buludlu hava şəraiti zamanı enerjini toplayacaq. Bu halda o, günəş enerjisi ilə daim təmasda olacaq.

Sınaq müvəffəqiyyətlə həyata keçirilərsə, Çin elektrik stansiyalarını 2050-ci ildə yerətrafı orbitə göndərəcək. Bu elektrik stansiyalarının hissələri orbitdə 3D-printer vasitəsilə çap edilmiş olacaq.

Layihənin büdcə xərcləri və texniki xüsusiyyətləri barədə heç bir məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.