Süni elektron dəri yaxınlaşan təhlükə barədə xəbərdar edəcək

07 Fervral 2019 - 11:00 | Maraqlı məlumatlar
Süni elektron dəri yaxınlaşan təhlükə barədə xəbərdar edəcək

Toronto Universitetinin tədqiqatçıları güclü maqnit sahəsinə və təzyiq dəyişikliklərinə reaksiya verən çoxfunksiyalı tənzimləyicilər sayəsində sahibini xüsusi imkanlarla təmin edən süni dəri hazırlayıblar.

www.techcult.ru saytının məlumatına əsasən, elektron dəri maqnit sahələrinə reaksiya verən ferromaye ilə dolu elastik silikon borudan ibarət “ferromaye əsaslı multimodal triboelektrik nanogenerator” (FO-TENG) əsasında qurulub. Boru elektrik siqnalları keçirən mis məftillərdən ibarət sarğıya malikdir.

Tədqiqatçı İslam Mosa bildirib ki, yeni dəri formanı illərlə saxlamağa imkan verən sukeçirməzlik və dartılma qabiliyyətinə malikdir.

İstehsalçılar ümid edirlər ki, süni dərini avtomatlaşdırılan axtarış-xilasetmə missiyalarında, həmçinin güclü yanıq xəsarəti almış şəxslər üçün protezlərin istehsalında istifadə etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.