Naqilsiz şəhər miqyaslı şəbəkə mühitində cloudletlər-dən səmərəli istifadə metodu işlənilib Yanvar 28, 2019 | 08:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllif olduqları “Procedure of Effective Use of Cloudlets in Wireless Metropolitan Area Network Environment” (Naqilsiz şəhər miqyaslı şəbəkə mühitində cloudletlər-dən səmərəli istifadə metodu, DOI: 10.5121/ijcnc.2019.11106  pp. 93-107”) adlı məqalə “Scopus” elmi bazasında indeksləşən “International Journal of Computer Networks & Communications (IJCNC)” jurnalında dərc olunub.

Məqalədə mobil istifadəçilərin cloudletlərin resurslarından səmərəli istifadəsinin təmin edilməsi üçün metod işlənmişdir. Naqilsiz şəhər miqyaslı şəbəkə (Wireless Metropolitan Area Networks – WMAN) mühitində mobil istifadəçinin hərəkət marşrutu üzrə yerləşən cloudletlər-dən düzgün istifadəsi məsələsinin həlli verilmişdir. Cloudletlərin əhəmiyyətini, koordinatlarını təyin edən mümkün qiymətlərdən istifadə etməklə zəruri proqram əlavələrinin uyğun cloudlet-ə yüklənməsi üçün şərtlər araşdırılmışdır. Həmçinin şəhər mühitində mobil istifadəçinin marşrutunun modeli verilmiş və məsələnin həlli üçün metod təklif edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı