Sosial şəbəkələrdən həddən artıq istifadə beynin fəaliyyətini dəyişdirir

16 Yanvar 2019 - 10:02 | Maraqlı məlumatlar
Sosial şəbəkələrdən həddən artıq istifadə beynin fəaliyyətini dəyişdirir

Qərarların qəbul olunması ilə bağlı problemlər narkomanlar və kompüter oyunçularında tez-tez müşahidə olunur. ABŞ-ın Miçiqan Universitetinin alimlərinin sözlərinə görə, analoji vəziyyətə sosial şəbəkələrdən çox istifadə edən insanlarda da rast gəlinir. Bu, o deməkdir ki, narkotik maddələrdən, kompüter oyunlarından, eləcə də sosial şəbəkələrdən asılılığı olan insanlar bəzən öz təcrübələrindən, səhvlərindən nəticə çıxara bilmirlər və yanlış yolla getməyə davam edirlər.

meddaily.ru saytının məlumatına görə, son tədqiqatda 71 könüllü iştirak edib. Alimlər “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər. Mütəxəssislər könüllülərə sosial şəbəkədən istifadə tezliyi, sosial şəbəkədən istifadə etmək mümkün olmadıqda onların keçirdiyi hisslər, “Facebook”un işləməyə və ya dərs oxumağa təsiri barədə suallar veriblər.

Alimlər, həmçinin könüllülərə qərarların qəbul olunması qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı standart psixoloji tapşırıqları yerinə yetirməyi təklif ediblər. Sosial şəbəkələrdən daha çox istifadə edən insanlar yanlış proqnoz veriblər və tapşırığı yerinə yetirə bilməyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.