AMEA-nın ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabatları təqdim olunub Yanvar 11, 2019 | 02:43 / Mühüm hadisələr

Bu gün AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabat iclası keçirilib.

AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsi tərəfindən təşkil olunan tədbirdə idarə rəisi Zülfüqar Fərzəliyev hesabat ili ərzində elmin populyarlaşdırılması və təbliğində kütləvi informasiya vasitələrinin (KİV) rolunun artırılması, bu sahədə mövcud problemlərin həlli, bilik və təcrübə mübadiləsinin aparılması və s. istiqamətdə görülən tədbirlərin əhəmiyyətini qeyd edib. Z.Fərzəliyev respublika mətbuatında və elektron mediada, xüsusilə elmi-populyar məqalələrin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılmasının elmin kütləviləşdirilməsində başlıca şərtlərdən olduğunu deyərək, AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrini bu istiqamətdə fəaliyyəti gücləndirməyə çağırıb.

Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ictimaiyyətlə əlaqələr şöbələrinin yerli və xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, mediada elmi mövzuda müxtəlif səpkili materialların vüsət alması, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi məsələlərinə toxunub. Rəis müavini hər bir institutun müvafiq şöbəsi ilə dövlət və qeyri-dövlət qurumlarının mətbuat xidmətləri arasında əməkdaşlıq münasibətlərinin yaradılması və birgə layihələrin həyata keçirilməsinin əhmiyyətindən də bəhs edərək, onları bu işdə fəal olmağa səsləyib.

Sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri 2018-ci il ərzində həyata keçirilən tədbirlər, KİV ilə aparılan işlər və s. haqqında hesabatlarını təqdim ediblər, şöbələrin fəaliyyəti, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, hesabat ili ərzində KİV-də işıqlandırılan məlumatların statistik göstəriciləri, elmi tədqiqatların, əldə edilən uğurların populyarlaşdırılması və təbliği, institutun fəaliyyətinin sosial mediada təbliği istiqamətində görülən işlər haqqında geniş təqdimatla çıxış ediblər. 

Həmçinin 2018-ci il üçün saytlara edilən müraciətlərin, “Xəbərlər” bölməsi üzrə yerləşdirilən materialların statistikası təqdim edilib. Bundan əlavə, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hər bir institutun veb-saytı üzrə aparılan monitorinqin nəticələri də təqdim olunub. 16 tələb üzrə aparılan monitorinqdə müsbət nəticələrlə yanaşı, qeyd edilən bir sıra nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin görüldüyü qeyd edilib.

Hesabat iclasında iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər, təkliflər ətrafında müzakirələr aparılıb, elmin populyarlaşdırılması istiqamətində görülən işlərin daha da gücləndirilməsi tövsiyə olunub və müvafiq tapşırıqlar verilib.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı