Süni intellekt robotlara hərəkət etməyi öyrədir

07 Yanvar 2019 - 11:33 | Maraqlı məlumatlar
Süni intellekt robotlara hərəkət etməyi öyrədir

Kaliforniya Universitetinin mühəndisləri tərəfindən hazırlanmış alqoritm robotlara hərəkət etməyi öyrədir və bu prosesdə insanın iştirakı tələb olunmur.

itc.ua saytının məlumatına əsasən, tədqiqat zamanı avtonom sistem “Minitaur” adlı dördayaqlı robota ona tanış olan və olmayan ərazilərdə hərəkət etməyi öyrədib. Bu halda hərəkətin effektivlik göstəricisi üzrə təlim metodu ənənəvi həllərdən heç də geri qalmayıb, bəzən onları üstələyib.

“Bizim texnologiyamız istənilən konfiqurasiyalı konkret robot və müəyyən landşaft üçün mükəmməl adaptasiya edilmiş hərəkət sxemlərinin yaradılmasını təmin edir”, – deyə mühəndislər bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.