Proqram təminatının sınaq prinsipləri analiz olunub Dekabr 21, 2018 | 12:25 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin Proqram təminatının sınaq prinsiplərinin təhlili” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Nəzakət Məlikova proqram təminatının (PT) sınağı və sınaq prinsipləri haqqında məlumat verdi. Hazırda İKT məhsul və xidmətlərinin iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kommersiya, sənaye və məişət sahələrində geniş yayıldığını bildirən məruzəçi, bütün sahələrdə kompüterləşmiş qurğulardan istifadə nəticəsində dünyanın proqram sistemləri və onlarla əlaqəli xidmətlərin təsiri altına düşdüyünü qeyd etdi. N.Məlikovanın sözlərinə görə, istifadəçinin maraqlarını qorumaq üçün PT-nin xətaları və imtinası nəticəsində yarana biləcək bütün növ risklər minimallaşdırılmalı, PT-ni işləyənlər və sistem mühəndisləri etibarlı və təhlükəsiz sistemlər yaratmaqla biznes, sənaye və cəmiyyət üçün etibarlı xidmətin göstərilməsi təmin edilməlidir.

Məruzəçi keyfiyyətə nəzarət texnikalarından biri olan PT sınağının proqramın gözlənilən və real iş arasındakı uyğunluğu müəyyən etdiyini, seçilmiş testlər dəsti əsasında müəyyən qaydada həyata keçirildiyini bildirdi. O, burada test edilən sistemin və ya komponentin layihə həllərinə, tələblərə, layihənin işlənildiyi və müşayiət edildiyi ümumi məqsədlərə uyğunluğunun yoxlanıldığını qeyd etdi.

N.Məlikova vurğuladı ki, sınaq üçün nəzərdə tutulan vasitələrin istənilən vəziyyətdə düzgün işləyəcəyi və əvvəlcədən göstərilmiş tələblərə uyğun olacağı ehtimalını artırmaq sınağın məqsədlərini əks etdirir. Sınaq zamanı həmçinin, test-planı, test-dizayn, test-keys, çek-list və səhvlər haqqında hesabat hazırlanır.

Məruzəçi sınaq prinsiplərini ardıcıllıqla sadayalaraq onların mahiyyəti barədə ətraflı məlumat verdi. O, əldə olunan nəticələri təqdim edərək PT sınağının müvəffəqiyyətlə aparılması üçün vacib olan prinsipləri diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı