İnstitutun əməkdaşları “Clarivate Analytics”in sertifikatına layiq görülüblər Dekabr 20, 2018 | 11:00 / Mühüm hadisələr

19-30 noyabr 2018-ci il tarixlərində “Clarivate Analytics”in resursları əsasında elmi tədqiqatlar üçün təşkil olunmuş onlayn-seminarlarda iştirak etdiklərinə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, institutun böyük elmi işçisi Nərmin Adıgözəlova, institutun Elektron Kitabxana Mərkəzinin əməkdaşları Pirdas MuradovaFirudin Əsgərov iştirakçı sertifikatına layiq görülüblər.

Qeyd edək ki, N.Adıgözəlovaya sertifikatlar “Elmi nəşrin müəllifləri üçün məlumat alətləri”, “Beynəlxalq jurnallarda nəşrlərə dair praktiki tövsiyələr” və “Elmi fəaliyyətin qiymətləndirilməsi üçün məlumat alətləri” istiqamətləri, P.Muradovaya və F.Əsgərova isə “Elmi nəşrin müəllifləri üçün məlumat alətləri” istiqamətləri üzrə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı