İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənilir Dekabr 05, 2018 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 18 saylı şöbənin müdiri Anar Səmidov rəhbərlik etdiyi şöbənin 2018-ci il üçün hesabatını təqdim etdi. Öncə elmi-tədqiqat işlərini diqqətə çatdıran məruzəçi cari ildə İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində metod və alqoritmlərin işlənildiyini, informasiyanın virtual məkandan real məkana transformasiyası, fraktal qrafikanın tətbiq sahələri və inkişaf perpektivləri üzrə araşdırmaların aparıldığını bildirdi.

A.Səmidov İnternet reklamda istifadəçi məlumatları əsasında tövsiyə sisteminin yaradılması alqoritmlərinin, İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənildiyini, İnternet-reklam marketinqdə mövcud problemlərin və onun həlli yollarının araşdırıldığını diqqətə çatdırdı.  

Məruzəçi cari ildə şöbədə 3D texnologiyalarının müasir vəziyyəti və perspektivlərinin, eləcə də 3D çap və onun yatardığı təhlükələrin tədqiq olunduğunu nəzərə çatdırdı.

Şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilən işlərdən söz açan A.Səmidov cari ildə korporativ üslubların yaradıldığını və kreativ dizayn layihələrinin hazırlandığını, “Multimedia Qalereyası”na foto və video materialların daxil edildiyini, “Multimedia Qalereyası”na aid bütün foto, audio və video materialların, “Elm və İnnovasiya” verilişinin Data Mərkəzdə ayrılmış sahəyə köçürüldüyünü, dünya şöhrətli alim Lütfi Zadə haqqında məlumatların  toplandığını, ekspress-informasiyaların çap olunduğunu qeyd etdi.

O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlər barədə məlumat verdi.

Sonda hesabat ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi. 

  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı