Qadınlar Şurasının təşkilatçılığı ilə institut əməkdaşları üçün ekskursiyalar təşkil olunub Noyabr 19, 2018 | 04:58 / Mühüm hadisələr

Məlumdur ki, AMEA-da ölkə rəhbərliyinin gender bərabərliyi siyasətinə dəstək məqsədilə aparılan islahatlardan biri də Qadınlar Şurasının yaradılması olmuşdur. Akademiyanın qadın əməkdaşlarının fəaliyyətinin stimullaşdırılması və onlara dəstək göstərilməsinə xidmət edən Qadınlar Şurası akademiyanın müxtəlif elmi-tədqiqat müəssisələrində fəaliyyətə başlamışdır.

Bu məqsədlə cari ilin may ayında AMEA İnformasiya Texnologiyaları İnstitutunda da Qadınlar Şurası yaradılmışdır. Şuranın əsas məqsədi qadınların iş, əmək və sosial məsələlərinin həllində onlara kömək və qayğı göstərilməsi, müəyyən problemlər yaranarsa, rəhbərlik və aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmasıdır. İşçilərin istirahəti və asudə vaxtının səmərəli keçirilməsinin, şəhərdaxili, eləcə də rayonlara ekskursiya və turların, konsertlərə və tamaşalara gedişin təşkili də Şuranın əsas vəzifələrindəndir.

Bu yaxınlarda institutun Qadınlar Şurasının təşkilatçılığı və Həmkarlar komitəsinin dəstəyi ilə 30 nəfərdən ibarət heyətlə Azərbaycan Dövlət Musiqili Teatrında Hüseyn Cavidin 135 illiyinə həsr edilmiş “Qaranlıqda nur” tamaşası izlənilmişdir.

Həmçinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya edilmiş, əməkdaşlara milli tariximizi əks etdirən tarixi eksponatlar, xalqımızın geyim əşyaları, məişət avadanlıqları, məşğuliyyətini əks etdirən müxtəlif dövrlərə aid eksponatlar, tarixi qəhrəmanlar, görkəmli dövlət xadimləri və s. haqqında məlumatlar verilmişdir.  

17 noyabr tarixində isə institutun bir qrup əməkdaşı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşdur. Muzeydə müxtəlif dövrlərdə ölkəmizin görkəmli yazıçıları, şairləri, maarifçilərinin həyat və yaradıcılığını əhatə edən eksponatlar, onların xatirəsini əbədiləşdirilməsi istiqamətində müasir rəssamlarımızın və heykəltaraşlarımızın yaratdığı sənət nümunələrinə nəzər salınmışdır.

İnstitut əməkdaşları ödənişsiz ekskursiya təşkil etdiklərinə görə muzeylərin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı