E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün metod və modellər təklif edilib Noyabr 08, 2018 | 11:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Seminarda institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və modelləri” mövzusunda dissertasiya işi müzakirə olundu.

Məruzəçi dissertasiyanın aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələləri, əsas müddəaları və elmi yenilikləri diqqətə çatdırdı, dissertasiya işinin məzmununu fəsillər üzrə təqdim etdi.

Təqdim olunan məruzə ətrafında müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi. Yekunda dissertasiya işi müsbət qiymətləndirildi və növbəti mərhələyə buraxılması tövsiyə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı