Elmi-innovativ texnoparklarda məhsul-xidmət istehsalı prosesləri ilə bağlı məqalə nəşr olunub Oktyabr 24, 2018 | 03:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun əməkdaşı Roza Şahverdiyevanın həmmüəllifi olduqları “Elmi-innovativ texnoparklarda məhsul-xidmət istehsalı proseslərinin riyazi metod və modellərin tətbiqi” (Application of mathematical methods and models in product - service manufacturing processes in scientific innovative technoparks) adlı məqaləsi “International Journal of Mathematical Sciences and Computing” (IJMSC) jurnalında nəşr olunub.

Məqalə elmi-innovativ texnoparklarda innovativ məhsul və ya xidmət istehsalı proseslərində riyazi üsul və metodların  tətbiqinə həsr olunmuşdur. İnnovativ strukturların fəaliyyətində iqtisadi-riyazi modellər və metodların tətbiqinin zəruriliyi əsaslandırılmışdır. Texnoparkların  effektiv idarə olunması, onun fəaliyyətinin qiymətləndirilməsi üzrə işlənilmiş göstəricilər və kriteriyalar sistemi haqqında məlumatlar verilmişdir. Texnoparkların idarə olunmasının ümumi riyazi modeli təklif olunmuşdur. İnnovativ məhsul-xidmət istehsalının ekonometrik modeli işlənilmişdir. Bundan başqa, məqalədə kompozit indikatorlar sistemi və kompozit indeks əsasında texnoparkın kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikası təklif olunmuşdur. İşlənilmiş metod və modellərin  eksperimental realizasiyası nəticəsində texnoparkların fəaliyyəti qiymətləndirilimiş və müvafiq tövsiyələr verilmişdir.

Qeyd edək ki, “International Journal of Mathematical Sciences and Computing (IJMSC)” jurnalı “Google Scholar”, “Academic Journals Database”, “CNKI Scholar”,  “CrossRef” və s. kimi  nüfuzlu elmi bazalarda indeksləşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı