OpenStack – açıq tipli bulud əməliyyat sistemidir Oktyabr 18, 2018 | 01:26 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “OpenStack açıq tipli cloud əməliyyat sistemi” mövzusuna həsr olunduğunu bildirdi.

Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Tural Mustafayev bildirdi ki, bulud sistemi qurmaq üçün açıq mənbəli əməliyyat sistemi olan OpenStack virtual maşınlar, konteynerlər və fiziki maşınlar üçün bir platformaya sahib olmağa imkan verən və proqramlaşdırıla bilən infrastrukturdur.

OpenStack cloud modelləri haqqında məlumat verən məruzəçinin sözlərinə görə, “Public cloud” modeli istifadə qiymətinə görə münasib olan, digər  hesablama sistemlərində həlli mümkün olmayan məsələlərin həllini, böyük miqyaslanma imkanlı veb-saytların və ya biznes-sistemlərinin yaradılmasını  təklif  edir.

“Private cloud” modeli isə yalnız bir təşkilat üçün istifadə və idarə olunur. Buna görə də, məlumat,   xidmətlər və proqramlardan hər kəs yalnız təşkilat daxilində istifadə imkanına malikdir.

Bir və daha artıq buludun birləşməsindən meydana çıxan “Hybrid cloud” modeli (ictimai, xüsusi və kollektiv) bir sıra daxili və xarici bulud provayderləri tərəfindən istifadə olunur.

Sonra T.Mustafayev açıq tipli əməliyyat sisteminin üstünlüklərindən söz açdı. Qeyd etdi ki, buraya azad seçim etmək və satıcıları (istehsalçıları) dəyişmək imkanı, inkişaf xəritəsinə kömək etmək və ya birbaşa təsir etmək bacarığı, cəmiyyətin bir hissəsi olmaq: məlumatları bölüşmək, bir-birinə kömək etmək və s. daxildir.

Məruzəçinin sözlərinə görə, əsas biznes akkordlarına vendor asılılığından azad olmaq, innovasiyaları sürətləndirmək və əməliyyatların effektivliyini aid etmək olar.

O, Harvard Universitetinin, Çinin “State Grid” şirkətinin, “Ebay”, “Walmart” və “PayPal” kimi ticarət, maliyyə, telekommunikasiya, elm, sığorta, əyləncə və digər sahələrdə fəaliyyət göstərən qurumların OpenStack istifadəçiləri olduğunu diqqətə çatdırdı.

T.Mustafayev, həmçinin müxtəlif tələblərdən asılı olaraq qurulan OpenStack infrastrukturu, veb-server üçün infrastruktur, məlumatların saxlanması sistemi və şəbəkə infrastrukturunun təhlilinə dair məlumat verdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı