Elektron dövlətin çatışmazlıqları və onların aradan qaldırılması ilə bağlı araşdırmalar aparılır Oktyabr 09, 2018 | 04:36 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev tədbirin “Elektron dövlətin çatışmazlıqları və onların aradan qaldırılması üçün bəzi mövcud yanaşmalar” mövzusuna və şöbə əməkdaşlarının apardıqları elmi tədqiqatlar ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunduğunu bildirdi.  

Sonra məruzə ilə çıxış edən institutun dissertantı Aynur Qurbanlı dövlət orqanlarında elektron xidmətlərin təşkili və vəziyyəti haqqında məlumat verdi. O, e-cəmiyyətin əsasını təşkil edən e-təhsil, e-biznes, e-iş, e-ticarət, e-təhsil və s. sahələrin səmərəli təşkili üçün dünya təcrübəsindən danışdı.

E-dövlətin şəffaflıq, demokratikləşmə, rahatlıq, sürətlilik və effektivlik kimi üstünlüklərə malik olduğunu söyləyən məruzəçi e-dövlətin dövlət orqanlarının e-xidmətlərindən istifadəni artırdığını, xidmət rüsumlarını azaltdığını bildirdi. Qeyd etdi ki, e-dövlət vətəndaşları daha çox cəlb etmək və xidmətdən yararlanmalarını təmin etmək üçün gələcək qərarların, eləcə də dövlət qurumlarının büdcəsinin artırılması, həmçinin xidmətləri təkmilləşdirməklə bağlı qərarların verilməsini təmin edir.

Elektron xidmətlərin təşkilində rast gəlinən çatışmazlıqlar haqqında məlumat verən A.Qurbanlı bu çatışmazlıqların aradan qaldırılması üçün veb səhifələrdə olan məlumatlılığılın etibarlılıq dərəcəsi, İnternetdə ictimai girişdə bərabərsizlik, kibercinayətkarlığın mövcud olması, şəffaflığı və məsuliyyətin düzgün anlaşılmaması və s. məsələlərin həllinə ehtiyac olduğunu bildirdi.

Dissertantın elmi rəhbəri akademik Rasim Əliquliyev mövzunun aktuallığını önə çəkərək bildirdi ki, informasiya texnologiyalarının cəmiyyətdə, insanların həyatında rolunun sürətlə artması e-dövlətdə xidmətlərin sayının da çoxalmasına səbəb olmuşdur. Bildirdi ki, vətəndaşa xidmət göstərən hər bir qurumun xidmət kriteriyaları, meyarlar sistemi vardır ki, bu meyarlar dəqiq müəyyənləşdirilməli, onların əsasında qərarların qəbulunu yerinə yetirən intellektual sistem qurulmalıdır.

R.Əliquliyev e-dövlətin inkişafına mane olan e-vətəndaş problemindən söz açaraq bu problemlə bağlı kompleks tədbirlərin görülməsinin vacibliyini vurğuladı: “Vətəndaşlara e-dövlətin təqdim etdiyi – e-imza, e-ticarət, e-biznes və digər xidmətlərdən, eləcə də e-qurğulardan istifadə bacarıqları aşılanmalı, hüquq və vəzifələr öyrədilməlidir. Vətəndaşlar dövlət qurumuna sərbəst şəkildə müraciət edə bilmək üçün müəyyən biliklərə malik olmalıdır”.

Şöbə rəhbəri tədqiqatçıya cəmiyyətin idarə olunması məsələlərinin, sosiologiya və politologiya elmlərinin dərindən öyrənilməsini, elmi fəaliyyətin sürətləndirilməsini və əldə olunan nəticələrlə bağlı məqalənin hazırlanmasını tövsiyə etdi.

Daha sonra seminar iştirakçıları apardıqları elmi araşdırmalar ilə əlaqədar gördükləri işlər haqqında məlumat verdilər.

Akademik Rasim Əliquliyev əməkdaşlara elmi işlərini uğurla davam etdirmələri istiqamətində müəyyən tövsiyələr verdi. Qeyd etdi ki, Azərbaycanda elmin inkişafı üçün bütün imkanlar mövcuddur və bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Akademik gənc alimlərin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Bilik Fondu, SOCAR-ın Elm Fondu, Azərbaycan Respublikasının Gənclər Fondu və müxtəlif beynəlxalq qurumların təşkil etdikləri qrant müsabiqəsində fəal iştirak etmələrini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı