İnstitutun şöbə müdiri beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib Sentyabr 28, 2018 | 09:59 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Siqnalların Emalı və Süni İntellekt Sahəsində Nailiyyətlər” I beynəlxalq konfransının (First International Conference on Advances in Signal Processing and Artificial Intelligence – ASPAI 2019) proqram komitəsinin üzvü seçilib.

20-22 mart 2019-cu il tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt alqoritmləri, hibrit intellektual sistemlər, qeyri-səlis məntiq və sistemləri, süni neyron şəbəkələri, virtual və əlavə reallıq, maşın təlimi, siqnalların emalının nəzəriyyə və metodları və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı