“Azərbaycan alimləri diasporu” informasiya sistemi işlənilib Sentyabr 24, 2018 | 11:15 / Konfranslar, iclaslar

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənməsi haqqında qərar qəbul etmiş, qərarın icrası AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmışdır.

Elmi şuranın iclasında institutun baş mütəxəssisi Əfruz Qurbanova qurumun 16 saylı şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan alimləri diasporu” informasiya sistemi haqqında məlumat verdi. Bildirdi ki, bugünədək xaricdə yaşayıb fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumatlar toplanılmış, şöbə əməkdaşları tərəfindən emal edilərək sayta yerləşdirilmişdir.

Alimlər haqqında məlumatlar Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət KomitəsiAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin ölkənin bir sıra təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində əldə edilmişdir.

Ə.Qurbanova saytın strukturunu təqdim edərək onun “Ana səhifə”, “Haqqımızda”, “Rəsmi sənədlər”, “Statistik göstəricilər”, “Faydalı linklər” və “Əlaqə” bölməsindən ibarət olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək saytda 4 göstərici üzrə axtarış imkanı yaradılmışdır.

Məruzəçi saytın “Statistik göstəricilər” bölməsi haqqında da məlumat verdi. Bildirdi ki, burada xaricdə yaşayıb fəaliyyət göstərən alimlərin ölkələr, elm sahələri və cinsi mənsubiyyət üzrə statistikası təqdim olunmuşdur.

Sonda “Azərbaycan alimləri diasporu” informasiya sisteminin strukturu və istismarına dair geniş fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı