Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi olub Sentyabr 14, 2018 | 09:38 / Mühüm hadisələr

Azərbaycanlı startapçılar beynəlxalq  “ITU Telecom World” sərgi-konfransında yüksək nəticələr əldə ediblər.

Sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan  “CustomAR”  şirkəti və Nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan “İQREX” startap layihəsi müsbət nəticələr əldə edib. Belə ki, Cəlal Rəhimovun “İQREX” layihəsi dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının qalibi olub. Layihə QR kod vasitəsi ilə orijinal məhsulların saxta məhsullardan fərqini müəyyənləşdirməyi nəzərdə tutur.

Nazirlikdən verilən məlumata görə, qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib. Yarışda həmçinin Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri təqdim olunub.

Yarışın keçirilməsində əsas məqsəd insanların həyatını asanlaşdıran yeniliklər təqdim edən sahibkarları ictimaiyyətə təqdim etməkdir.

Müsabiqəyə təqdim edilən layihələr genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi  geniş spektrli  sahələri əhatə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı