İnstitutun əməkdaşı impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb Sentyabr 11, 2018 | 04:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Journal of Petroleum Science and Engineering” (JPSE) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

Thomson Reuters” siyahısına daxil olan bu jurnalda neft və qaz hasilatı, geoloji kəşfiyyat və neft geologiyası elmlərinin bütün sahələrinə dair tədqiqat materialları, icmallar və qısa məqalələr nəşr olunur.

JPSE jurnalının əsas elmi istiqamətlərinə neftin (təbii qazın) mənşəyi və yığılması, neft (təbii qaz) geokimyası, yataq mühəndisliyi, petrofizika, neft quyusunun karotaj testi və qiymətləndirilməsi, neft-qaz geologiyası, neft-qaz iqtisadiyyatı, qazma və qazma mayeləri, termodinamik və faza davranışı, məsaməli mühitdə maye mexanikası və çoxfazalı axın, yataqların modelləşdirilməsi, istehsal mühəndisliyi, riyazi modelləşdirmə və kəşfiyyat metodları daxildir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 2.382

5-Year Impact Factor: 2.739 

Source Normalized Impact per Paper (SNIP): 1.640

CiteScore: 2.80

SCImago Journal Rank (SJR): 0.782

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı