AMEA Fizika İnstitutunun fiber-optik kabellərində yaranmış nasazlıqlar aradan qaldırılıb İyul 30, 2018 | 09:00 / Mühüm hadisələr

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsinin mütəxəssisləri tərəfindən Akademiyanın institut və təşkilatlarında İnternet xidmətləri və şəbəkə avadanlıqlarında yaranmış problemlər ilə bağlı daimi texniki dəstək göstərilir və rast gəlinən problemlər tez bir zamanda həll edilir.

6 iyul 2018-ci il tarixdə AMEA Fizika İnstitutundan İnternet və şəbəkə xidmətlərindən istifadə ilə bağlı yaranmış nasazlıqlarla əlaqədar müraciət daxil olmuşdur.

İnternet xidmətinin verilməsi üçün istifadə olunan şəbəkə avadanlıqları və fiber-optik xəttlərdə baş verən nasazlıq İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən operativ şəkildə müəyyənləşdirilərək aradan qaldırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı