İnstitut alimlərinin məqaləsi “Statistics, Optimization & Information Computing” jurnalında çap olunub İyul 06, 2018 | 10:11 / Mühüm hadisələr

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatın həmmüəllifi olduqları “Weighted Clustering for Anomaly Detection in Big Data” (DOI: 10.19139/soic.v6i2.404) adlı məqalə ABŞ-ın “International Academic Press” nəşriyyatında dərc olunan “Statistics, Optimization & Information Computing” jurnalında çap olunub.

Böyük verilənlər anlayışı olduqca tez-tez yenilənən böyük həcmə və müxtəlif tərkibə malik informasiya ilə işləməyi nəzərdə tutur. Big data-da anomaliyaların aşkarlanması üçün uyğun mexanizmin seçilməsi aktual məsələdir. Məqalədə real Big data-da anomaliyaların aşkarlanması üçün çəkili klasterizasiya əsasında alqoritm təklif edilir. Klasterlərə verilənlər çoxluğunun hər bir nöqtəsinin çəki əmsallarının cəmlənməsi nəticəsində alınmış çəkiləri mənimsədilmişdir. Təklif edilmiş metodun k-means metodu ilə müqayisəli analizi böyük ölçüyə malik verilənlər bazası üzərində aparılmışdır. Eksperimentlərin nəticələri təklif edilən yanaşmanın həm klasterizasiyada, həm də anomaliyaların aşkarlanmasında effektivliyini göstərilmişdir.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“Big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi əsasında hazırlanmışdır (Qrant № EİF-KETPL-2-2015-1(25)- 56/05/1). 

“Statistics, Optimization & Information Computing” jurnalı “Scopus” (Elsevier), “Crossref”, “Google Scholar”, DOAJ və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı