Azərbaycan elm və təhsil qurumlarının Avropanın elmi bazalarına çıxışının təmin olunması zəruridir İyul 02, 2018 | 09:45 / Müsahibələr, çıxışlar

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 22 iyun 2018-ci il tarixində “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilən toplantıda Azərbaycan elmi ictimaiyyəti adından Avropa İttifaqına ünvanlanmış bir sıra təkliflər səsləndirib.

Alim EaPConnect layihəsi çərçivəsində EaPContent təşəbbüsünü irəli sürərək qabacıl biliklərin əldə olunması və Avropa elmi mühitinə inteqrasiya məqsədilə Azərbaycanın elm və təhsil qurumlarının “Web of Science”, “Scopus”, “Springer” kimi beynəlxalq elmi bazalara çıxışının təmin olunmasının zəruri olduğunu diqqətə çatdırıb, bu məsələdə Avropa Birliyi və GEANT-ın maliyyə dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Hazırda AMEA-da yüksəkixtisaslı kadr hazırlığı sahəsində ciddi tədbirlərin görüldüyünü, multidissiplinar tədqiqatların aparıldığını vurğulayan R.Əliquliyev bu istiqamətdə Avropa universitetləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, Avropa Birliyinin  elm və ali təhsil müəssisələrində onlayn təhsil (bakalavr, magistr, doktorantura ) pillələrinin yaradılmasının vacibliyini önə çəkib. Bu məsələ ilə bağlı xüsusi dövlət proqramının hazırlanmasının məqsədəuyğun olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı