E-elmin formalaşması problemləri araşdırılır Mart 14, 2018 | 11:21 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin 2018-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək bildirdi ki, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində e-elmin  formalaşması  problemlərinin tədqiqi  bu il də davam etdiriləcək.

Şöbə rəhbərinin sözlərinə görə, elmin informasiyalaşdırılmasının müasir elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi mövzusu çərçivəsində e-elm mühitində çoxsaylı mənbələrdən toplanan müxtəlif formatlı böyük həcmli verilənlər problemləri və onların həllində verilənlər haqqında elmin (Data science) imkanlarının tədqiqi, həmçinin vətəndaş elminin formalaşması və onun e-elmlə qarşılıqlı əlaqəsinin araşdırılması  nəzərdə tutulur.

T.Fətəliyev qeyd etdi ki,  şöbə institutda yerinə yetirilən iki qrant layihəsində iştirak edir. Bunlardan  birincisi AR Prezidenti yanında Elmin İnkişafi Fondunun “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi”, digəri isə AR Dövlət Neft Şirkətinin Elm Fondunun “Əşyaların interneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihəsidir.  Hər iki layihənin fəaliyyət planlarına uyğun müvafiq tətqiqatlar aparılacaq.

Beynəlxalq əməkdaşlıq münasibətlərindən söz açan məruzəçinin sözlərinə görə, Belarus Milli Elmlər Akademiyası Birləşmiş İnformatika Problemləri İnstitutu və İstanbul Haliç Universiteti ilə əməkdaşlıq çərçivəsində aparılan işlər bu il də davam etdiriləcək.

O, həmçinin cari il ərzində şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında geniş məlumat verdi.

Sonda şöbənin fəaliyyət planına dair müzakirələr aparıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək illik plan üzrə irad və təkliflərin nəzərə alınmasını tövsiyyə etdi, şöbənin elmi fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı