Bulud texnologiyalarının təhlükəsizliyi araşdırılır Fevral 20, 2018 | 05:26 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

İnstitutun magistrantı Şəlalə Mansurova “Bulud texnologiyaları” mövzusunda məruzəsini təqdim etdi. O, Bulud texnologiyasının kommunikasiya texnologiyalarının köməyi ilə böyük təşkilatlarda yerləşən çoxsaylı kompüterlərin hesablama və yaddaş resurslarının virtullaşdırılmasını həyata keçirməyə imkan verən hesablama sistemi olduğunu diqqətə çatdırdı.

Ş.Mansurova bulud texnologiyasının təsnifatı haqqında danışdı. Bildirdi ki, hər bir təşkilat təyinatından asılı olaraq tətbiqlərin paylanması məqsədi ilə əsasən ümumi təyinatlı, xüsusi təyinatlı, hibrid buludlar kimi modellərdən istifadə edir. Sonra o, bulud xidməti modelləri barədə məlumat verərək onun Software as a Service (SaaS), Platform as a Service (PaaS), Infrastructure as a Service (IaaS) kimi xidməti modelləri olduğunu qeyd etdi.

Məruzəçi Bulud texnologiyalarının təhlükəsizliyindən də söz açdı. Qeyd etdi ki, informasiya təhlükəsizliyinin mühüm aspektləri əlyetənlik, konfidenasiallıq və bütövlüyün təmin edilməsi ilə həyata keçirilir. Bundan başqa etibarlılıq, idarəetmə, inteqrasiya kimi məsələlərə də baxılır.

O, Bulud texnologiyalarının bir sıra üstünlüklərini diqqətə çatdırdı. Bildirdi ki, buraya bütün istifadəçilər üçün İnternet mühitində hər hansı bir kompüter vasitəsilə resursları əldə etmək imkanının olması və s. aiddir. Həmçinin, onun əlaqə kanallarının etibarlılığı, təhlükəsizliyi məsələləri, istifadəçinin kompüterinin daimi İnternet şəbəkəsinə qoşulmuş vəziyyətdə olması və digər çatışmazlıqlarının olduğunu qeyd etdi.

Sonra məruzəçi Şeh hesablamaları haqqında da ətraflı məlumat verərək ona aid nümunələri təqdim etdi. “Şeh hesablama sistemləri bulud texnologiyalarının tamamlayıcısı hesab edilir”,  deyən məruzəçi onun əsas hədəfinin bulud texnologiyalarının potensialını tam olaraq reallaşdırmaqdan ibarət olduğunu bildirdi. Qeyd etdi ki, Şeh hesablamaları on-premises kompüterlərin proqram texniki təminatı paradiqmasını əks etdirən hesablama sistemidir. Həmçinin, Şeh hesablamalarının iki başlıca xüsusiyyətindən danışdı və bunlara aid nümunələr göstərdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev araşdırmaların nəticəsi kimi yeni məqalənin hazırlanmasını tövsiyə etdi.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı