Onlayn mühitlərdə terrorizmlə bağlı fəaliyyətin aşkarlanması metodları təhlil olundu Yanvar 16, 2018 | 04:32 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun elmi işçisi Günay Niftəliyeva “Analysis of Methods Related to Detection of Terrorism on Net” (“Onlayn mühitlərdə terrorizmlə bağlı fəaliyyətin aşkarlanması metodlarının analizi” mövzusunda məruzəni təqdim etdi.

Məruzəçi onlayn mühitdə terrorizmlə əlaqəli fəaliyyətin aşkarlanması metodlarının analizi haqqında ətraflı məlumat verərək bu istiqamətdə aparılan araşdırmaları, görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, mövzu ilə bağlı bir sıra məqalələr təhlil olunmuş, görüləcək işlər müəyyənləşdirilmişdir. 

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirdi, bu istiqamətdə araşdırmaların davam etdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı