Gənc Alimlərin I Qurultayında institutun stendi nümayiş olunub Dekabr 15, 2017 | 05:00 / Mühüm hadisələr

Dekabrın 15-də AMEA-nın Əsas binasında bu qurumun, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib.

Qurultayın açılış mərasimindən öncə Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.

Sərgidə AMEA İnformasiya Texnologiyaları İnstitutunun gənc alimlərinin əsas elmi nailiyyətlərini əks etdirən stend də nümayiş etdirilib. 

Stenddə gənc alimlərin Data Mining və Big Data texnologiyaları, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, biometrik texnologiyalar, kompüter şəbəkələri, proqram mühəndisliyi, viki-mühitin tədqiqi, e-dövlət quruculuğu, e-elm və e-tibb problemləri, informasiya iqtisadiyyatı və s. istiqamətlərdə apardıqları elmi tədqiqatların nəticələrini əks etdirən əsər və kitablar, jurnal və bukletlər, impakt-faktorlu jurnallarda dərc edilmiş elmi məqalələr öz əksini tapıb.

Həmçinin gənc alimlərin elmi və praktiki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı