“İnformasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir” Dekabr 08, 2017 | 04:00 / Konfranslar, iclaslar

“İnformasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda keçirilən III respublika elmi-praktiki seminarı öz işini uğurla başa çatdırdı.

Tədbirin bağlanış mərasimində seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud problemlərin həlli və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik  Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək Əşyaların İnterneti, Big Data, bulud texnologiyaları, proqram mühəndisliyi, elektron elm və digər sahələrdə informasiya təhlükəsizliyi problemlərinə dair tədqiqatların dərinləşdirilməsini tövsiyə etdi.

“İnformasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir”, – deyə bildirən akademik R.Əliquliyev bu sahənin aktual problemlərinə dair aparılan araşdırmalar və əldə olunan nəticələrə ictimaiyyətin diqqətinin cəlb edilməsinin vacibliyini vurğuladı.

Alim tədbirdə müzakirə olunan məsələlərin əsas etibarilə, informasiya təhlükəsizliyinin texnoloji problemlərinə həsr olunduğunu qeyd edərək bu sahədə tədrisin keyfiyyətinin artırılması, kadr potensialının gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyini önə çəkdi.

Sonda qeyd olunanları nəzərə almaqla seminarın qərar layihəsinin hazırlanması təklif olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı