“Bakutel-2017” sərgi-konfransı öz işinə başlayır Dekabr 05, 2017 | 11:11 / Mühüm hadisələr

Bu gün Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı öz işinə başlayır.  

“Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT-nin müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumat mübadiləsi və emalı məqsədi ilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.

Bu il sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayacaq. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, İnternet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyütorları yer alır. Hər bir ölkə öz milli pavilyonlarında innovativ layihələrini, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcək.

Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri, 30 faizini isə debütantlar təşkil edəcək. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında “BMC Software”, “Hikvision”, “Qmatic”, “Nexus Telecom” və digər yerli şirkətlər var.

Dekabrın 8-nə kimi davam edəcək sərgidə yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı