Poliqrafiya materialları çapa necə hazırlanmalıdır? Oktyabr 23, 2017 | 12:56 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarda şöbə müdiri Anar Səmidovun “Poliqrafiya, çap materiallarının çapa hazırlanma prosesi” adlı məruzəsi dinlənildi.

Məruzəçi öncə poliqrafiya, çap materiallarının çapa hazırlanma prosesi haqqında məlumat verdi. Bildirdi ki, bu proses dizayn layihəsinin hazırlanması, çap məhsulunun formatının müəyyən olunması, işçi faylın yaradılması, rəng politrasının seçilməsi və s. olmaqla 7 əsas şərtdən ibarətdir.

Çapa qədərki əsas məqamları diqqətə çatdıran A.Səmidov qeyd etdi ki, maketi çapa hazırlamamışdan öncə, səhvlərin və dəyişikliklərin olmadığına diqqət yetirmək lazımdır. Yalnız bundan sonra maket çap üçün mətbəəyə göndərilə bilər. O,  çapdan öncəki mərhələdə buraxılan  hər hansı bir səhvin maliyə itkilərinə səbəb ola biləcəyini vurğuladı.

Sonra A.Səmidov dizayn layihəsinin hazırlanması barədə ətraflı məlumat verdi. Bildirdi ki, dizayn poliqrafiyanın ən mühüm mərhələsidir. Əsas təyinatı poliqrafiya məhsullarının istehlakçıların diqqətini cəlb etməsi və onların marağına səbəb olmasıdır. Onun sözlərinə görə, birinci mərhələdə poliqrafik məhsulun ümumi layihəsi formalaşır. Sonra dizayner rəng seçimi edir, ümumi üslubu işləyir və şriftləri seçir, eləcə də ayrı-ayrı elementlərin təqribi yerləşməsinin eskizini hazırlayır. Yalnız bundan sonra poliqrafik məhsulun maketinin kompüter modelini həyata keçirməyə başlayır.

Çap məhsulunun formatının müəyyən olunmasından danışan A.Səmidov maket ilə işə başlayarkən ilk öncə onun düzgün və ən əsası real ölçülərini qeyd etməyin lazım olduğunu vurğuladı. Bildirdi ki, məhsulun hansı formatlı kağızda çap ediləcəyi də əvvəlcədən planlaşdırılmalıdır.

O, həmçinin işçi faylın yaradılması, rəng politrasının seçilməsi, şriftlə iş, təsvirlərin parametrləri, kəsim üçün xətlər və ehtiyat sahəsinin müəyyənləşdirilməsi haqqında məlumat verdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı