İnstitutda Elmi şuranın növbəti iclası keçirildi Oktyabr 13, 2017 | 04:01 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. Öncə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  

Sonra Ümumi şöbənin müdiri Dinara Zeynalova 2017-ci ilin sentyabr-oktyabr ayları üçün institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verdi. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, elmi-praktiki konfransların keçirilməsi, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması və təqdim olunması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən danışdı.

Sonra çıxış edən akademik R.Əliquliyev institut əməkdaşlarına müvafiq tapşırıqlar üzrə tövsiyələrini verdi, hər bir tədqiqatçını mövzuları üzrə elmi araşdırmaları dərinləşdirməyə, beynəlxalq təcrübəni öyrənməyə və dünya elminə inteqrasiya etməyə çağırdı. Alim, həmçinin institut əməkdaşlarının beynəlxalq proqramlarda və qrant layihələrdə iştirakı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı