“İnstitut əməkdaşları qrant layihələrdə fəal iştirak etməlidir” Oktyabr 11, 2017 | 11:26 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında institut əməkdaşlarının qrant layihələrdə iştirakı ilə bağlı müzakirələr aparıldı. Bu barədə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun AMEA-da fəaliyyət göstərən alimlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə bu yaxınlarda elan etdiyi müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, Müsabiqəyə Neft sənayesində qazma, hasilat və s. proseslərdə innovativ texnikanın tətbiqi, neft-qaz kompleksində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi problemləri, hasilatın optimallaşdırılmasında kompüter proqram təminatı və İKT-nin tətbiqi ilə bağlı layihələrin də qəbul edilməsi nəzərdə tutulur. Alim institut əməkdaşlarına SOCAR-ın təqdim etdiyi bu layihədə fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədözümlü tədqiqatlarla məşğul olmağı tövsiyə etdi.  

Müzakirələrdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev və digərləri qrant layihəsində iştirakın əhəmiyyətini qeyd edərək, şöbələrin bu kimi müsabiqələrdə birgə iştirakının vacibliyini vurğuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı