İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbulun nəticələri məlum olub Sentyabr 15, 2017 | 12:19 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Qalib Sarayev 143 bal toplayaraq AMEA üzrə ən yüksək nəticə göstərib.

AMEA İnformasiya Texnologiyaları İnstitutuna 2017/2018-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249242 – Paylanmış sistemlər və şəbəkələr” və “249267 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə 2 yer ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavrı Aytən Məmmədova və Bakı Mühəndislik Universitetinin bakalavrı Qalib Sarayev qeyd olunan ixtisaslar üzrə magistrant adını qazanmışlar.

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün AMEA-nın 17 institutuna 12 ixtisas üzrə 67 magistrant daxil olmuşdur.  Cari ildə AMEA-nın magistraturasına qəbul üçün müsahibədə ümumilikdə 1742 bakalavr iştirak etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı