AMEA-nın magistraturasında təhsil alan tələbələr pedaqogika fənnindən imtahan verdilər İyun 13, 2017 | 03:53 / Mühüm hadisələr

Bu gün AMEA-nın I kurs magistr tələbələri “Pedaqogika” fənnindən imtahan verdilər. Magistraturada təhsil alan tələbələrə ümumi fənnlər üzrə dərslərin tədrisi və imtahanların qəbulu AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir. İmtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

“Psixologiya və “Fəlsəfənin əsasları” fənnindən imtahanlar isə müvafiq olaraq 16 və 19 iyun tarixlərdə keçiriləcək. Qeyd edək ki, imtahanlarda AMEA-nın institutlarından ümumilikdə 57 nəfər iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı